Сообщения

Uşaqların Ana təbiətə məktubu

Изображение
       Ana Təbiətə uşaqların məktubu  SALAM! Anamız  Yer kürəsi.!   Biz hər səhər oyananda  yaşıl meşələrin pıçıltısını,quşların nəğməsini,dənizin ləpələrini  dinləyirik.  İndi isə məktubunu oxuyub kədərlənirik.Ona görə ki. sənin qəmgin olmağının səbəbkarı biz insanlarıq.Yaratdığın gözəllikləri biz öz əllərimizlə məhv edirik. Biz şagirdlər  söz veririk ki,kəsilmiş bir ağacın əvəzinə çoxlu ağac əkəcəyik,quş yuvaları düzəldəcəyik. Ana Təbiət axı bunlar düzəlməsə xəstəliklər  dünyanı bürüyər,insanlar məhv olar. Ana,  bizdən səxvətini əsirgəmə! Biz səni və özümüzü  xilas edəcəyik.Gücümüzə və ağlımıza güvən!   Hörmətlə :    Sənin övladların, II sinif şagirdləri

Təbiətə köməyimiz

Изображение
Araşdımalarımızdan belə  nəticəyə gəldik ki,təbiətimiz  doğrudan da təhlükədədir. Təbiəti təhlükədən xilas etmək  işinə  hər birimiz  qoşulmalı ,hazırladığımız təklifləri həm   öz məktəbimizin həm də qonşu məktəblərin şagirdləri arasında , sosial  şəbəkələrdə    paylaşmağı    özümüzə  borc bildik. Təklifləri "Təbiətin dostlarıyıq" başlığı altında yazıb bütün siniflərə payladıq.  Qrup üzvlərinin hazırladıqları( plastik su qablarından )quş dənliklərınə məktəb bufetindən toplanmış  çörək qırıtılarını töküb həyətdəki ağaclardan asdıq.         

Təbiət niyə məhv olur

Изображение
Beləliklə  araşdırmamıza başladıq. İlk öncə  Fidan,Ayan,Rəcəb  internetdən topladıqları məlumata görə müəyyən etdilər ki, təbiət getdikcə məhv olur. Çaylara,dənizlərə axıdılan zərərli tullantılar orada yaşayan heyvan və bitki aləmini məhv edir. Kağız və mebel istehsal etmək   üçün meşələr qırıldığına görə heyvanlar, quşlar  ,nadir bitkilər yoxa çıxir. Qərara gəldik ki,təbiətimizin xilası üçün hər birimiz müəyyən  bir iş görə bilərik. Atılan hər bir kağız bildik ki ,ağacların qırılmasına,çirkab suları balıqların ölümünə səbəb  olur.Çeynənib atılmış saqqız quşların ölmünə şərait yaradır.     Nuray,Aylin,Haldun  məktəbimizin şadirdləri arasında  "Şagirdlər təbitə necə kömək edə bilər ?" adlı sorğu keçirdilər. Sorğumuza əsasən aşağıdakı təklifləri aldıq: Ağaclar  əkmək  və bitkiləri qorumaq Quşlara daş atmayaq Heyvalara qayğı ilə yanaşaq Olduğumuz hər yerdə təmizliyə riyaət edək Suları çirkləndirməyək Quşlara dənlik düzəldək və çörək qırıntı

Ana səhifə

Изображение
Biz A.Abdullayev adına 211 saylı orta məktəbin II şagirdləri müəllimimizin bizə təqdim etdiyi "Ana təbiətin uşaqlara məktubu"  layihəsinə əsasən video çarxı izlədikdən sonra 3 qrupa ayrıldıq. Qrupların hər birinə müvafiq tapşırıqlar verildi.    Təbiətin gələcəyini xilas etmək üçün sən nə edə bilərsən?   tapşırığına    əsasən    vəzifə  və                 məqsədimizi müəyyənləşdirdik. Bundan sonra qrupumuzun üzvlərinin iş bölgüsünü apardıq. Fidan,Ayan,Rəcəb təbiəti məhv edən səbəbləri araşdırmaq üçün internetdən məlumat toplamalı, Nuray,Aylin,Haldun,Musa,  məktəbin şagirdləri arasında sorğu aparmalı idi.